Sibel Canın illər əvvəl məhkəməyə verdiyi avtosalon sahibi Mehmet Çeliklə davası hələ də davam edir.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 9 il öncə müğənni avtosalon sahibini polisə şikayət edərək onun ikinci əl, köhnə avtomobili təzə adı ilə satdığını bildirmişdi.
Məhkəmə həmin şəxsin 4 il həbsinə 80 min lirə cərimə olunmasına qərar versə də, o qərara etiraz edərək appelasiyaya müraciət edib. Dördpendirli pizza
İkinci məhkəmədə qalib gələn Mehmet Çelik cəzadan canını qurtara bilib.
Sibel Can açıqlamasında məhkəmənin hələ də davam etdiyini, qanunlara inandığını deyib:
"Hüquq və qanunlara inamım sonsuzdur. Mehmet Çeliyə qarşı açdığım dava bitməyib. O, iş sistemini düzgün qura bilmədiyindən məni cəzalandırmaq istəyir. Lakin bu alınmayacaq. Bu davanın sonuna qədər gedəcəm".
Telegram kanalımız