“Siçan deşiyində gizlənən, şərəfini itirən...” – Brilliant   ƏSƏBLƏŞDİ

saytların hazırlanması

Evə çatdırılma

“Siçan deşiyində gizlənən, şərəfini itirən...” – Brilliant ƏSƏBLƏŞDİ

Şou

25 İyun 2020 16:09 1861


Xalq artisti Brilliant Dadaşova "Youtube"da onunla bağlı şayiələr yayanlara cavab göndərib. 

Yenisabah.az xəbər verir ki, sosial şəbəkədə illər əvvəl oxuduğu mahnıları paylaşan sənətçi onları qondarma hekayələr uyduranlara həsr etdiyini bildirib: 

"1990 cı il - Brilliant Dadaşovanın 20 Yanvar hadisələrinə mərd etirazı. Bu mahnını siçan deşiyində gizlənib, qadın haqqında qondarma hekayələr uyduranlara həsr edirəm. Azərbaycan bayrağı qarşısında oturub dedi-qodu uydurmayın. Biz o bayraq uğrunda özümüzü və karyeramızı məhv etməkdən qorxmadıq. 1991-ci ildə oxuduğum "Kim nə deyər bizdə olan qeyrətə" adlı musiqini şərəfini itirmiş, xəlvətdə gizlənib, qadın haqqında inanılmaz hekayələr uyduranlara həsr edirəm. Dahi Mirzə Ələkbər Sabir onların cavabını çoxdan verib. Aşiqiq ancaq quru boş söhbətə, kim nə deyər bizdə olan qeyrətə". Pepperoni pizza

Xatırladaq ki, bir müddət əvvəl Xalq artistinin adını məşhur din xadimi ilə birgə hallandırırdılar. Sənətçi özü bu haqda açıqlama verərək bu iddiaların yalan olduğunu bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!