Sığorta şirkətləri sərnişinlərə ödənişləri kəskin azaldıb

saytların hazırlanması

Evə çatdırılma

Sığorta şirkətləri sərnişinlərə ödənişləri kəskin azaldıb

İqtisadiyyat

18 Avqust 2026 14:09 32


Cari ilin ilk altı ayı ərzində sərnişinlərin icbari fərdi qəza sığortası bazarlarında fərqli dinamika müşahid olunub.

“Yeni Sabah” xəbər verir ki, sözügedən sığorta növü üzrə toplanan haqlar yüksəldiyi halda, həyata keçirilən ödəmələrin həcmində kəskin azalma qeydə alınıb. Yanvar-iyun aylarında bu sahə üzrə sığorta yığımları illik müqayisədə 24,52 faiz (13 min manat) artaraq 66 min manata yüksəlib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin analoji dövründə toplanan vəsait 53 min manat təşkil edirdi.

Sığorta ödənişlərində isə əks-proses yaşanıb. 2026-cı ilin birinci yarısında sığorta şirkətləri tərəfindən ödənilən vəsaitin məbləği cəmi 8 min manat olub. Bu da ötən ilin müvafiq dövründəki 60 min manatlıq göstərici ilə müqayisədə 86,6 faiz və ya 52 min manat azdır. pizza

Rəqəmlərin nisbətinə nəzər saldıqda, bu ilin yanvar-iyun aylarında toplanmış hər 100 manatlıq sığorta haqqının 12,12 manatı ödənişlərə yönəldilib. Ötən ilin eyni dövründə isə ödənilən məbləğ toplanan vəsaiti üstələdiyindən bu göstərici 113,20 manata bərabər idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!