Silahların işə düşdüyü toyla bağlı ilk açıqlama:   “Damla çox qorxub“

saytların hazırlanması

Evə çatdırılma

Silahların işə düşdüyü toyla bağlı ilk açıqlama: “Damla çox qorxub“

Şou

02 Sentyabr 2019 10:06 1495


Xəbər verdiyimiz kimi Gürcüstanda həmyerlilərimizin toyunda iştirak edən müğənni Damla gözlənilməz hadisə ilə üzləşib. O, Borçalıda məclislərin birində mahnı ifa edərkən qəflətən yanındakı şəxs silahdan havaya bir neçə dəfə atəş açıb. 

Müğənninin prodüseri Şamil məsələ ilə bağlı “Yeni Sabah”a danışıb. O, ifaçının  baş verən hadisədən çox qorxduğunu bildirib:

“Srağagün baş verən hadisə zamanı Damla çox qorxub. Düzdür, sonradan qayıdıb toya davam etdi. Çünki qayıtmalı idi. İfasına davam etdi. Borçalıda adətdir, toylarda atəş açırlar. Bu cür qeyd edirlər. Damla hazırda qayıdıb. Səhhətində heç bir problem yoxdur, hər şey qaydasındadır”.  Dominos pizza

Qeyd edək ki, ifaçının başına bənzər hadisə bir neçə il öncə də gəlmişdi.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!