Şimali Koreya oktyabrın 12-də Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb.
“YeniSabah” xəbər verir ki, bu barədə “News1” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.
Bildirilib ki, raketlər Pxenyan ərazisindən buraxılıb və təxminən 900 kilometr məsafə qət edib. Cənubi Koreya ordusu mümkün əlavə buraxılışlara hazır olduğunu, ABŞ və Yaponiya ilə məlumat mübadiləsi apardığını açıqlayıb. Sezar pizza
Qeyd edək ki, Şimali Koreya bundan əvvəl oktyabrın 3-də Yapon dənizi istiqamətində ballistik raket buraxıb.
Telegram kanalımız