Şimali Koreya lideri Kim Çen In ilk kəşfiyyat peykinin orbitə çıxarılmasına hazırlıq barədə göstəriş verib.
Yenisabah.az Koreyanın Mərkəzi Xəbər Agentliyinə istinadla xəbər verir ki, aprel ayında istehsal edilmiş 1 nömrəli hərbi kəşfiyyat peykinin vaxtında buraxılmasına hazırlıq üçün komissiya təşkil edilib.
Kim Çen In Kosmik Tədqiqatlar üzrə Dövlət Administrasiyasına səfəri zamanı müvafiq göstərişlər verib. Dördpendirli pizza
O xatırladıb ki, ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün “düşmən qüvvələrinin hərbi planlarına və hərəkətlərinə daim naminə kosmik kəşfiyyat imkanlarına malik olmaq ən mühüm vəzifə kimi qarşıya qoyulub”.
Koreya liderinijn sözlərinə görə, ABŞ və Cənubi Koreya yarımadada və qonşu regionlarda müxtəlif hərbi texnika, o cümlədən nüvə aviadaşıyıcıları və strateji nüvə bombardmançıları yerləşdirdiyi üçün KXDR-in təhlükəsizliyini təhdid etməkdə davam edir.
Şimali Koreya 2022-ci ilin sonunda Sohe raket sınaq poliqonunda sınaqlar keçirib. Onların gedişində göyərtəsində sınaq aparatı olan reaktiv daşıyıcı təxminən 500 km yüksəkliyə buraxılıb.
Telegram kanalımız