Şimali Koreya sualtı PUA-sını sınaqdan keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Şimali Koreya sualtı PUA-sını sınaqdan keçirdi

Dünya

08 Aprel 2023 11:41 667


Şimali Koreya yeni tip sualtı PUA-nı sınaqdan keçirib.

Yenisabah.az KCNA-ya istinadla xəbər verir ki, PUA nüvə başlığı daşıya bilir.

"Haeil-2" aparatı aprelin 4-dən 7-dək sınaqdan keçirilib. pizza mizza

Sınaq döyüş başlığı suyun altında partlamazdan əvvəl o, Şimali Koreyanın şərq sahillərində sularda 71 saatdan çox gəzib-dolaşıb.

Bu, son həftələrdə ikinci dəfədir ki, Şimali Koreya nüvə başlığı daşıya bilən pilotsuz təyyarəni sınaqdan keçirilməsi faktıdır. Mart ayında Pxenyan "radioaktiv sunami" yarada bilən nüvə başlığı daşıya biləcəyini iddia etdiyi "Haeil-1" raketini sınaqdan keçirdiyini bildirib.

Pxenyan iddia edir ki, 2012-ci ildən nüvə gücünə malik pilotsuz təyyarələr hazırlayır və son iki ildə 50-dən çox sınaq keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!