Şimali Koreyanın raketi Yaponiya ərazisinə düşdü

saytların hazırlanması

Evə çatdırılma

Şimali Koreyanın raketi Yaponiya ərazisinə düşdü

Dünya

18 Noyabr 2022 09:27 707


Bu gün KXDR-in buraxdığı qitələrarası ballistik raket Yaponiyanın eksklüziv iqtisadi zonasına düşüb.

Yenisabah "Interfax"a istinadla xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Ballistik raket (ICBM) atışını Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri (JCS) də təsdiqləyib. Cənubi Koreya ordusu qeyd edib ki, raket Pxenyan yaxınlığındakı Sunan məntəqəsindən şərqə doğru buraxılıb. Toyuqlu pizza

O, təxminən 1000 km uçub, maksimum 6100 km yüksəkliyə çatıb.

Yaponiyanın baş naziri Fumio Kişida Şimali Koreyanın bu addımını pisləyib və belə tez-tez baş verən təxribatlara dözə bilməyəcəyini deyib.

O əlavə edib ki, hələlik dağıntılar barədə məlumat yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!