Simonyan erməni jurnalisti susdurdu: “Artsax sənin vətənindir?!” 

saytların hazırlanması

Evə çatdırılma

Simonyan erməni jurnalisti susdurdu: “Artsax sənin vətənindir?!” 

Maraqlı

27 Oktyabr 2023 18:01 1273


Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistləri ölkəsində sülhün bərqərar olması işinə qoşulmağa çağırıb. 

Yenisabah.az-ın məlumatına görə, o, “hamınızı hazırkı hakimiyyəti tənqid etməyə deyil, Ermənistanda sülhün bərqərar olmasına diqqət yetməyə çağırıram” deyib. 

Spiker bildirib ki, sülh hamıya, Ermənistan dövlətinə də lazımdır.

Jurnalistin “nəyin bahasına” sualına spiker belə cavab verib: “Biz artıq hər şeyin əvəzini ödəmişik, düşünürəm ki, daha ödəməməliyik”.

Simonyan jurnalistlərin qondarma “Artsax”la bağlı sualını sərt tonda qarşılayıb.

Jurnalistin “Vətənin bir hissəsini düşmənə buraxıb, o biri hissəsində dinc yaşaya bilərikmi” sualına Simonyan deyib ki, “Vətən” ifadəsi çox mücərrəddir.

"Adana, Qars sənin vətənindir? Artsax sənin vətənindir? İndi bir sual da verirəm: Van, Muş, Ərzurum – bizim vətənimizdir? Cavab ver, niyə susursan?”, - deyə spiker jurnalistə bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!