Hazırda Rusiyadan Robert Koçaryanla bağlı kimsə zəng etməyib və ümid edirəm ki, heç kim zəng etməyəcək, çünki bunun mənası yoxdur.
"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “Dojd” telekanalının efirində deyib.
O bildirib ki, Koçaryanın və onun siyasi gücünün səsləndirdiyi ritorika əsasən Moskvadan “danışan başların” səsləndirdiyi ritorika ilə üst-üstə düşür. pizza sifarişi
Simonyan Koçaryan və ailəsi ilə bağlı axtarış və həbsləri parlamentdə "Ermənistan" blokundan deputat, Robert Köçəryanın oğlu Levon Köçəryan və Baş nazir Nikol Paşinyan arasında mübahisə ilə əlaqələndirmək cəhdlərini gülünc adlandırıb: “Bu, mümkün deyil”.
O, baş verənlərin siyasi təqib olduğuna dair fikirlərlə razılaşmayıb:
“Robert Koçaryanın və onun ailəsinin həbsi ilə bağlı iş çoxdan açılıb”.
Telegram kanalımız