Şimşək çaxıb, yağış yağır - Faktiki hava

saytların hazırlanması

Evə çatdırılma

Şimşək çaxıb, yağış yağır - Faktiki hava

Sosial

17 Sentyabr 2021 17:07 1040


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti sentyabrın 17-si saat 16.00-a olan hava məlumatını açıqlayıb. 

Qurumdan Yenisabah.az-a verilən məlumata görə, Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz,  İsmayıllıda şimşək çaxıb, yağış yağıb.

Küləyin maksimal sürəti: Gəncədə 28 m/s, Naftalanda 26 m/s, Altıağacda 23 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Qum adasında 25 m/s, Sumqayıtda 24 m/s, Pirallahı, Maştağada 23 m/s, Binədə 21 m/s, Neft Daşlarında 20 m/s, Çilov adasında 19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb. Toyuqlu pizza

Dolu: Saat 14:41-14:43 radələrində Gədəbəy rayonu ərazisinə və Gədəbəy rayonu Duzyurd kəndinə, saat 15:30-15:32 radələrində isə  Daşkəsən rayonuna  diametri 6-8 mm  olan dolu düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!