Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başladı

saytların hazırlanması

Evə çatdırılma

Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başladı

Kriminal

01 İyul 2026 13:20 82


Aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığında təqsirləndirilən dəstənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izah edilib.

Daha sonra müdafiəçilər məhkəməyə vəsatət verib. Toyuqlu pizza

Təqsirləndirilən Zaur Haşımovun vəkili müvəkilinin yoıdaşının xərçəng xəstəsi olduğunu nəzərə alaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib.

Təqsirləndirilən Amil Cəbrayılov və Fərid Usubovun vəkilləri də müvəkkillərinin ev dustaqlığına buraxılmasını xahiş ediblər.

Daha sonra Tamerlan Axundzadənin vəkili vəsatət verərək bildirib ki, müvəkkili 44 günlük Vətən müharibəsində könüllü iştirak edib, mükafatlar alıb. O, bunun nəzərə alınmasını, müvəkkilinin ev dustaqlığına buraxılmasını xahiş edib.

Tamerlan Axundzadə vəsatətə münasibət bildirərək cinayət törətmədiyini, özünü təqsirli bilmədiyini deyib.

Təsirləndirilən Heydər Eyvazlının vəkili cinayət işinə xitam verilməsini, yenidən istintaq orqanına qaytarılmasını xahiş edib.

Dövlət ittihaçısı vəsatətlərin təmin edilməməsini, işin baxışa verilməsini təklif edib.

Məhkəmə vəsatətləri təmin etməyib, cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmıənin baxış iclası iyulun 15-nə təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!