Şirinov qardaşları Dövlət Komitəsində olub

saytların hazırlanması

Evə çatdırılma

Şirinov qardaşları Dövlət Komitəsində olub

Maraqlı

01 Fevral 2019 23:20 1570


Ukraynanın Nikolayev şəhərində yanan avtomobildən bir ailəni xilas etmiş azərbaycanlı Ümud və Sabir Şirinov qardaşları bu gün həm də Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) olub. 

“Yeni Sabah” xəbər verir ki, DİDK sədrinin birinci müavini Valeh Hacıyev bu şücaətin bütün Azərbaycan xalqı adına yazıldığını vurğulayıb. Bildirib ki, bu hadisə Azərbaycan xalqının cəsarətli, mübariz və dürüst xalq olduğunu bir daha sübut etdi. Göstərilən qəhrəmanlığa görə artıq Ukraynada bir sıra mükafatlar alan Şirinovlar üçün ən böyük təltif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “İgidliyə görə” medalına layiq görülməsidir. Bildirilib ki, bu, dövlət başçısının hər bir azərbaycanlının prezidenti olduğunu və dünyaya səpələnmiş soydaşlarımızın arxasında güclü Azərbaycan dövlətinin dayandığını göstərir. 

Azərbaycan dövləti tərəfindən onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edən Şirinov qardaşları hadisə ilə bağlı təəssüratlarını bölüşüblər. Umud Şirinov deyir ki, avtomobildəkilərin kimliyini düşünmədən, məhz insanlıq naminə bu addımı atıblar.  Toyuqlu pizza

Ukraynada böyük rezonans doğuran və rəğbətlə qarşılanan Şirinov qardaşlarının qəhrəmanlığı Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən də mükafatlandırılıb, onlara Fəxri diplomlar təqdim olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!