Almaniyanın “Rheinmetall” silah şirkəti Ukraynaya 139 ədəd tank verməyə hazır odluğunu bildirib.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə şirkətin rəsmi nümayəndəsi məlumat yayıb.
Onun sözlərinə görə, şirkətin 88 ədəd “Leopard 1” və 51 ədəd “Leopard 2A4” tankları olmaqla, Kiyevə tədarük edilməyə uyğun olan 139 tankı mövcuddur. Lakin bunun üçün hökumətin icazəsi lazımdır. pizza hut
Qeyd edək ki, ABŞ-ın Almaniyadakı “Ramstein” bazasında keçirilən “Ukraynanın müdafiəsi üzrə son təmas qrupu” toplantısında rəsmi Berlin Kiyevə tank verilməsinə razı olmayıb. Alman hakimiyyətinin bu qərarı isə Qərb tərəfindən böyük tənqidlərin yaranmasına səbəb olub.
Bundan əlavə, Almaniya kansleri Olaf Şolz məlum məsələdə Almaniyanın mövcud hərəkətini hərbi eskalasiyanın daha da dərinləşməməsi ilə izah edib.
Telegram kanalımız