İstehlakçıların Maliyyə Müdafiəsi Bürosu (CFPB) insanlardan bəzi şirkətlərin şəxsi məlumatları onlayn necə topladığını başa düşmək üçün öz təcrübələrini bölüşmələrini xahiş edir.
Yenisabah.az xəbər verir ki, bu barədə investopedia.com-da xüsusi məqalə təqdim edilib.
Qeyd olunur ki, bütün bunlar CFPB-nin bu şirkətlərin hansı məlumatları topladığını və ondan necə istifadə etdiyini başa düşə bilməsi üçün edilir.
CFPB direktoru Rohit Çopra verdiyi açıqlamada deyib ki, müasir məlumatlara nəzarət üsulları şirkətlərə onlayn həyatımızı idarə etməyə və çox həssas məlumatlarımızdan pul qazanmağa imkan verir.
Agentlik, həmçinin, şirkətlərlə birbaşa əlaqədə olan, xüsusən də şəxsi məlumatlarını düzəltməyə, silməyə və ya bərpa etməyə cəhd edən istehlakçıların fikirlərini eşitmək istəyir.
Toplanan məlumatlar həm də bu şirkətlərin qanuni fəaliyyət göstərib-keçmədiyini müəyyən etmək üçün istifadə olunacaq.
Qeyd edək ki, proses 2021-ci ildə CFPB-nin “Amazon”, “Apple”, “Facebook”, “Google”, “PayPal” və “Square” daxil olmaqla bir neçə böyük onlayn şirkətin ödəniş təcrübələrini araşdırmasından sonra baş verib.
Telegram kanalımız