“Sivasspor” “Qarabağ”la oyunun azarkeşlə keçirilməsi üçün müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

“Sivasspor” “Qarabağ”la oyunun azarkeşlə keçirilməsi üçün müraciət etdi

İdman

15 Oktyabr 2020 13:09 981


Türkiyə klubu “Sivasspor” Avropa Liqasının qrup mərhələsində keçiriləcək ev oyunlarına azarkeşləri cəlb etməyi planlaşdırır.

Yenisabah.az xəbər verir ki, İ qrupunda “Vilyarreal” (İspaniya), “Qarabağ” (Azərbaycan) və “Makkabi” (Təl-Əviv, İsrail) ilə mübarizə aparacaq Super Liqa təmsilçisi adıçəkilən komandalarla ev matçlarını boş tribunalar önündə keçirmək fikrində deyil.

UEFA-nın qaydalarına əsasən, yerli dövlət orqanlarının icazəsi olarsa, tribunaların 30 faizinə azarkeş buraxmaq mümkündür. “Sivasspor” rəhbərliyi də bunu nəzərə alaraq Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi müraciət ünvanlayıb. Klub hazırda federasiyanın verəcəyi qərarı gözləyir. Pepperoni pizza

Qeyd edək ki, “Sivasspor”un “Qarabağ”la Sivasdakı matçı noyabrın 5-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!