“Siyasət nədir bilmədim...” - Fədayəyə azadlıq istəyən müğənnimizi yıxıb-sürüdülər

saytların hazırlanması

Evə çatdırılma

“Siyasət nədir bilmədim...” - Fədayəyə azadlıq istəyən müğənnimizi yıxıb-sürüdülər

Şou

25 Sentyabr 2019 09:37 1466


Azərbaycanın tanınmış müğənnisi, hazırda Türkiyədə yaşayan İradə İbrahimova sosial şəbəkədə sərt tənqid olunub.

“Yeni Sabah” xəbər verir ki, buna səbəb xanım ifaçının həbsdə olan həmkarı Fədayə Laçına azadlıq istəyərək İnstaqramda video paylaşması olub. Sənətçi onu qınayanların düzgün olmadığını deyib və növbəti postunu paylaşıb:

“Mən siyasət nədir bilmədim, “siyasətçil” biri də olmadım. Ruhum əl vermədi. Amma insan olmağı bilirəm, onurğa bilirəm, şəxsiyyəti bilirəm. Bu həyatda onurğa nə qədər çox önəmli bir şeydir?! Gəmini tərk edənlər, edib-etməmək arasında qalanlar, tədbir görmək lazımdır deyənlər və s. Hər kəs özünün aynasıdır. Nə görürsə, ondan ibarətdir. Paylaşdığım videoya görə qınayanlara isə bu sizin kiçik imtahanınız olsun və inşallah, bununla keçib getsin. Allah ölkəmizə zərər verməsin. Başqa heç bir şey istəmirəm. Sağlıq olsun, hüzur olsun, bir də Allah olsun.  Gerisi boş. Mənası çox dərin bir sözlə bitirmək istəyirəm "Bacarıq nədir bilirsən? Daşa baxdığı halda gözlərin çiçək görməyidir”. pizza mizza

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!