Siyasətçi borcunu ödəmək üçün bu yola əl atdı –   Ölkədə müzakirə başladı + FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Siyasətçi borcunu ödəmək üçün bu yola əl atdı – Ölkədə müzakirə başladı + FOTOLAR

Dünya

23 Sentyabr 2026 08:18 168


Almaniyada siyasətçinin tələbəlikdən qalan borcunu ödəmək üçün seçdiyi üsul ölkədə müzakirələrə səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, 44 yaşlı həkim və siyasətçi Suzanna Şmidt təhsil illərindən qalan kredit borclarını ödəmək üçün "OnlyFans" platformasında hesab açdığını açıqlayıb. Qreyfsvald Bələdiyyə Məclisində Azad Demokratlar Partiyasından təmsil olunan Şmidt bu addımı maddi səbəblərlə atdığını bildirib. O, platformadakı hesabından ayda təxminən 2 min dollar gəlir əldə etməyi planlaşdırır.

Şmidt həm həkim işləyir, həm də doktorantura təhsilini davam etdirir. O, artan xərclər və borclar səbəbindən əlavə gəlir mənbəyi axtardığını deyib. Siyasətçi "OnlyFans" hesabında +18  fotolar paylaşacağını və aylıq abunə haqqını 20 dollar müəyyənləşdirdiyini bildirib. Onun bu qərarı FDP daxilində də müzakirələrə səbəb olub. Bəzi partiya üzvləri məsələni rəhbərliyə çatdırıblar. Marqarita pizza

Bununla belə, FDP-nin Qreyfsvald üzrə yerli rəhbəri Lars Boorberg Schmidtə dəstək verib. O, siyasətçinin şəxsi həyatının və gəlir əldə etmək üsulunun onun şəxsi seçimi olduğunu bildirib.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!