ŞKTR Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

ŞKTR Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul etdi

Siyasət

15 Noyabr 2025 21:20 579


Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Erhürman Lefkoşada səfərdə olan Azərbaycan-ŞKTR parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyevin rəhbərliyindəki nümayəndə heyətini qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ŞKTR Prezidentinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, T. Erhürman nümayəndə heyəti ilə görüşməkdən duyduğu məmnuniyyəti ifadə edib. Cavanşir Feyziyev isə ŞKTR Prezidentini Respublika Günü münasibətilə təbrik edib.

Daha sonra T. Erhürman və nümayəndə heyəti qarşılqlı olaraq bir-birinə xatirə hədiyyəsi təqdim edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!