SOCAR-ın gəlirləri 86,3 milyard manata çatdı

saytların hazırlanması

Evə çatdırılma

SOCAR-ın gəlirləri 86,3 milyard manata çatdı

İqtisadiyyat

14 Avqust 2026 17:26 32


SOCAR 2025-ci ili yüksək maliyyə nəticələri ilə başa vurub.

“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə şirkətin gəlirləri 86,3 milyard manata yüksəlib, ümumi mənfəəti isə 12,6 milyard manat təşkil edib.

Dövlət Neft Şirkətinin açıqladığı məlumatlara görə, əməliyyat fəaliyyətindən əldə olunan mənfəət bir il ərzində 80 faiz artaraq 5,2 milyard manata çatıb. Şirkətin xalis mənfəəti isə təxminən 3 milyard manat olub. Marqarita pizza

SOCAR-ın faiz, vergi və amortizasiya xərclərindən əvvəlki mənfəətini ifadə edən EBITDA göstəricisi də artım nümayiş etdirib. Belə ki, 2025-ci ildə EBITDA 10,9 milyard manat olub ki, bu da əvvəlki illə müqayisədə 26 faiz çoxdur.

Şirkətin gəlirlərinin formalaşmasında əsas pay xam neft, neft-kimya məhsulları və təbii qazın satışına məxsus olub.

SOCAR ötən il ərzində investisiya fəaliyyətini də genişləndirib. Şirkət “Bahar” və “Qum-Dəniz” yataqlarında 80 faizlik pay əldə edib, İsrailin Aralıq dənizində yerləşən “Tamar” qaz yatağında isə 10 faiz effektiv iştirak payına sahib olub.

Bundan əlavə, Türkiyədə neft-kimya və enerji istiqamətində yeni layihələrin inkişafı, rəqəmsal infrastruktur və petrokimya sektoruna investisiyalar həyata keçirilib. Şirkət eyni zamanda qaz ixracının artırılması və beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!