Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Soçi” ilə oyunda meydana qələbə üçün çıxacağıq“  - Rəhman Hacıyev
22 İyl 2021 13:50
370

“Soçi” ilə oyunda meydana qələbə üçün çıxacağıq“ - Rəhman Hacıyev

“Soçi" çox yaxşı komandadır. Onları püşkdən sonrakı müddət ərzində təhlil etmişik”.

Yenisabah.az xəbər verir ki, bu sözləri ol.az-a açıqlamasında “Keşlə” klubunun yarımmüdafiəçisi Rəhman Hacıyev bu gün Konfrans Liqasının ikinci mərhələsində Rusiyanın “Soçi” klubu ilə oyunla bağlı bildirib. O, rəqibin kimliyindən aslı olmayaraq, özlərinə güvəndiyini vurğulayıb: “Onların oyunlarını izləmişik, taktiki gedişlərini müəyyən qədər bilirik. Axşamkı oyunu səbirsizliklə gözləyirik. Hətta deyərdim, bir neçə gündür, bu oyunu gözləyirik. Oyuna çox ciddi hazırlaşmışıq. Bura yalnız bir məqsəd - qələbə üçün gəlmişik. İnşallah, bütün komandaya, özümə güvənirəm, qələbə qazanarıq”.

R.Hacıyev komanda daxilində atmosferin yüksək səviyyədə olduğunu deyib: “Komandada ab-hava yüksək səviyyədədir, hər şey qaydasındadır. Uşaqlar yaxşı əhval-ruhiyyədədir. Heç bir futbolçumuzun zədəsi belə yoxdur. Amma vərəqə üzündən iki itkimiz var. Şəhriyar Əliyev və Anatoli Abanq iştirak edə bilməyəcək. Bizə çox dəstək olurlar, hər gün əlaqə saxlayırıq, ruh yüksəkliyi verirlər. İnşallah, komandamızın birliyi, əzmi qələbə qazanmağımıza kömək olacaq”.

Xatırladaq ki, “Soçi” – “Keşlə” matçı Bakı vaxtı ilə saat 20.00-da başlanacaq. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər