26 May - 11:15
SON DƏQİQƏ: Britaniyada yeni ştamm: “Omikronun bacısı”

SON DƏQİQƏ: Britaniyada yeni ştamm: “Omikronun bacısı”

Dünya

22 Yan 2022 10:13


Britaniyanın səhiyyə rəsmiləri inanırlar ki, koronavirusun Omikron variantının yeni ştammı aşkar olunub.

“Yeni Sabah” xxəbər verir ki, artıq “Omikronun bacısı” adını qazanmış bu ştammın hələ dekabrda Omikron dünyaya yayılmağa başlayandan az sonra qeydə alındığı bildirilir.

Omikronun alt qrupu hesab olunan ştamm BA.2 adlandırılıb. O Omikronun daha geniş yayılmış orjinal ştammı BA.1-dən fərqlənir.

Buna baxmayaraq ekspertlər bundan dərhal narahat olmamağı məsləhət görürlər, beləki yeni ştammın daha sərt olması barədə məlumatlar yoxdur. Omikronun vaksinlənmiş adamlarda daha yüngül simptomlar yaratdığı məlumdur.

Bundan başqa yeni ştamma yoluxmaların sayı hələki çox azdır. Bununla belə alimlər ehtimal edirlər ki, bu ştamm daha yoluxucu ola bilər.

 


Youtube kanalımız


Digər xəbərlər