SON DƏQİQƏ: Cahangir Əsgərov vəzifədən azad edildi

SON DƏQİQƏ: Cahangir Əsgərov vəzifədən azad edildi

Siyasət

24 Yanvar 2023 12:28 51825


"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb. 

“Yeni Sabah” xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hazırda AZAL-da yoxlamalar aparılır və təhvil-təslim prosesi gedir. 

Hazırda AZAL-a rəhbərlik QSC-nin birinci vitse-prezidenti Samir Rzayevə tapşırılıb. Yaxın vaxtlarda Cahangir Əsgərovun vəzifəsindən azad olunması ilə sərəncamın yayılacağı gözlənilir.

Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilovaya müraciət etdik. Qurumun sözçüsü bu barədə məlumatının olmadığını bildirdi və rəsmi sorğu göndərməyimizi istədi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!