“Sonra kişilərin arxasınca düşürlər ki, aliment ver“ - Aktrisa

saytların hazırlanması

Evə çatdırılma

“Sonra kişilərin arxasınca düşürlər ki, aliment ver“ - Aktrisa

Şou

09 Mart 2023 16:39 895


““Şirbalanın məhəbbəti” filmi başdan-ayağa komediyadır. Orada bir bayağılıq, şitlik görə bilməzsiniz. Bu filmin ssenarisi də həyatdan götürülmüşdü. Elə bilirsiniz ki, həyatda Şirbala, Ümbülnisə kimi qadınlar və kişilər yoxdur?!

Yenisabah.az Moderator-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Kübra Əliyeva deyib.

O, ritorik sualına özü cavab verib: "Vallah var. 3-4 dəfə doğurlar, sonra kişilərin arxasınca düşürlər ki, aliment ver. Şirbala kimi gəzəyən, ailəsini atan kişilər azdır bəyəm?!” Pepperoni pizza

Aktrisa əlavə edib: “Filmdə çəkilən 5 uşağımdan biri aktyor Firuz Xudaverdiyevin oğlu idi. O da Birinci Qarabağ müharibəsində şəhid oldu.

Bu filmdən sonra trolleybusa minə bilmirdim. Bir gecəyə məşhurlaşmışdım. Hər bir aktyorun imza atdığı rol var, məndə də Ümbülnisə roludur. Biz pul, ev, var-dövlət düşünməmişik, sənət düşünmüşük. Biz pulsuz sənətkarlarıq. Pul arxasınca düşüb teatra gəlməmişik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!