Demə, hakimiyyətdəki sorosçuların hədəfi təkcə daxili işlər naziri Vaqe Kazaryan deyil. Ona qarşı açıq mübarizə getsə də, Vaqe Kerobyana qarşı kölgə mübarizəsi aparılır və Nikol Paşinyanın iqtisadiyyat nazirini işdən çıxarmasını tələb edilir.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Erməni nəşri əlavə edir: “Sorosçular Kerobyanı Rusiya casusu hesab edir və iddia edirlər ki, Kerobyan məhz buna görə Qərbin sanksiyaları təhlükəsindən yan keçərək Ermənistandan Rusiyaya və ya Rusiyadan Ermənistan ərazisindən keçməklə ixracına icazə verilməyən malların ixracına icazə verir. Hakimiyyətdəki mənbələr bildirirlər ki, sorosçular çoxdan Paşinyanın Kerobyanı istefaya göndərməsini birbaşa tələb edir, lakin nazir hələ də Paşinyanın himayəsindədir və onun adı "Artsax"dakı hadisələrdən əvvəl yayılan vəzifədən azad edilməli olan nazirlər siyahısında olmayıb.
Telegram kanalımız