“Sosial şəbəkədə oturub xəbər gözləyirlər“   - İzzət Bağırov

saytların hazırlanması

Evə çatdırılma

“Sosial şəbəkədə oturub xəbər gözləyirlər“ - İzzət Bağırov

Şou

04 Noyabr 2020 11:34 1045


Tanınmış müğənni İzzət Bağırov ATV telekanalında yayımlanan  "7 Canlı" proqramında qonaq olub. Sənətçi son günlər cəbhədə baş verənlərdən danışıb.

Yenisabah.az xəbər verir ki, ifaçı xalqın qələbə xəbərlərini səbrsizliklə gözlədiyini bildirib:

“Hamı sosial şəbəkədə oturub səbirsizliklə şad xəbərləri gözləyir. Eşidirik 9-10 kənd azad edildi. Şəhərin adını eşidəndə isə lap qürurlanırıq. Belə xəbərlərdən ləzzət alırıq. Əsgərlərimiz böyük hünər göstərir. Bu günlərdə hamımız bir yumruq olmuşuq. Hamı bir-birini təbrik edir. Fərqi yoxdur kim hansı kənddən, rayondandır. Artıq o deyim unudulub, hamımız olmuşuq azərbaycanlı. Qələbə, müharibə insanları dəyişib. İnsanlar arasında mehribanlıq, birlik yaranıb. Küçəyə çıxırsan insanlar mehriban davranır. Adam bundan ləzzət alır. Fəxr edirəm, sevinirəm. Hər gün qələbəyə daha da yaxınlaşırıq. İnşallah, tezliklə Şuşada, Laçında, Kəlbəcərdə olacağıq. Qarabağın ən yüksək yerindən bayrağımız asılacaq”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!