Sosial şəbəkələrdə Maştağa qəsəbəsində çəkilən videogörüntülər geniş müzakirələrə səbəb olub.
Yayılan kadrlarda ictimai nəqliyyatda bir kişinin qadınlara qarşı qeyri-etik hərəkətlər etdiyi əks olunub.
"Yeni Sabah" xəbər verir ki, hadisə ilə bağlı qəsəbə sakinlərindən biri Baku TV-yə danışıb. Toyuqlu pizza
O, mövzuya belə münasibət bildirib:
"Həmin şəxsi qəsəbədə görmüşəm, kənd adamına bənzəyir. Qəribə hərəkətlər edir, əl-qolunu sallayaraq gəzir. Onun normal biri olmadığı hiss olunur".
Məlumata görə, sosial şəbəkələrdə yayılan görüntülərdəki 36 yaşlı şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Onun sağlamlıq durumu nəzərə alınaraq ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsi təmin olunub.
Telegram kanalımız