“Düzdür, indi insanların bayağı musiqilərə meyli var. Bilirsiniz, efirlərdə çalıb-oxuyan o qədər çoxdur ki... Televiziyalar da efir vaxtını doldurmalıdır”.
Bunu Xalq artisti, xanəndə Arif Babayev “Yeni Sabah”a açıqlamasında deyib. Xanəndə həmçinin hazırkı Azərbaycan mədəniyyətini də qiymətləndirib və qeyd edib ki, bütün dünyanı əhatə edən muğam sənəti yüksək səviyyədədir:
“Bayağı musiqi problemi də öz-özünə həll olunacaq, narahatlığa ehtiyac yoxdur. Nə qədər ki, yaxşı musiqilər var, bu cür musiqiləri sıradan çıxaracaq. Hər halda mənim düşüncəm belədir. Şou-biznes mədəniyyətimizi üstələyə bilməz. Muğam elə bi musiqidir ki, insanın ruhuna birbaşa təsir edir və bu baxımdan onu heç nə ilə müqayisə etmək olmaz. Muğam həmişə var və olacaq da. Amma bayağı musiqilər ta qədimdən olub, özü də sıradan çıxıb. Vaxt gələcək zəiflər ayrılıb gedəcək, yaxşıların arasında əriyəcəklər”. pizza
Xalq artistinin bu gün həm də doğum günüdür. Bununla bağlı təəssüratlarını bölüşən xanəndə bildirib ki, əməliyyat olunub, lakin hazırda səhhəti normaldır. “Onurğa sütunundan ağır əməliyyat keçirdim. Lakin zamanla vəziyyətim normallaşır” – deyə A.Babayev qeyd edib.
Qeyd edək ki, Arif Babayevin 81 yaşı tamam olub. O, 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində doğulub. Xalq artisti hazırda Milli Konnservatoriyanın muğam kafedrasının müdiridir. O, eyni zamanda Xəzər Universitetində muğam dərsi də verir.
Günay Rəsulqızı
Telegram kanalımız