“ATV maqazin onlarla” verilişi şou-biznesin məşhur simalarından müsahibə alarkən onlara maraqlı sürpriz edib. Belə ki, məşhurlardan ciblərindəki pulları nümayiş etdirməkləri istənilib.
"Yeni Sabah" xəbər verir ki, müxbirin istəyinə əməl edən şou-biznes əhlinin ciblərindən fərqli pullar çıxıb.
Müğənni Elnarə Xəlilova pullarının köməkçisində olduğunu söyləyib. Daha sonra onun çantasından 200 manat çıxanda maraqlı anlar yaşanıb. Rəqqasə Fatimə pullaarını kamera qarşısında saymaqdan çəkinməyib. Onun cibindən 1810 manat pul çıxıb. Ayan Babakişiyeva pul gəzdirmədiyini söyləyib. Samir Piriyevdə isə 50 manat və kredit kartı olub. Pepperoni pizza
Müğənni Roza Zərgərli isə 6 bank kartının olduğunu etiraf edib. Cibindən 200 manat nəğd pul çıxan məşhurun kartlarının ikisi isə köməkçisindədir.
Əməkdar artist Elza Seyidcahanın çantasından çıxan məbləğ isə təəccüblə qarşılanıb. Onda cəmi 40 qəpik olub.
Telegram kanalımız