Şoyqu: Silahlı qiyam müharibənin gedişinə təsir etməyib

saytların hazırlanması

Evə çatdırılma

Şoyqu: Silahlı qiyam müharibənin gedişinə təsir etməyib

Dünya

03 İyul 2023 14:20 814


Silahlı qiyam cəhdi Rusiya hərbçilərinin Ukraynada əməliyyat zonasında tapşırıqları yerinə yetirməsinə təsir etməyib.

Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

O deyib: "Təxribat qoşun qruplaşmalarının hərəkətlərinə təsir etməyib. Hərbçilər cəsarətlə və fədakarlıqla onlara tapşırılan vəzifələri həll etməyə davam ediblər". pizza hut

Şoyqunun sözlərinə görə, iyunun 23-25-də Rusiyada vəziyyətin sabitliyini pozmaq cəhdi, ilk növbədə, Silahlı Qüvvələrin şəxsi heyəti andına və hərbi borcuna sədaqət göstərdiyinə görə uğursuzluğa düçar olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!