Soyuducudan 18 yaşlı qızın meyiti çıxdı - Atası yoxa çıxıb

saytların hazırlanması

Evə çatdırılma

Soyuducudan 18 yaşlı qızın meyiti çıxdı - Atası yoxa çıxıb

Kriminal

29 Sentyabr 2026 08:28 110


Rusiyada bir mənzildə 18 yaşlı qızın cəsədi soyuducuda dondurulmuş halda tapılıb. Hadisə qızın atası ilə bağlı araşdırma aparılmasına səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, hadisə Voljski şəhərində, Kirov küçəsində yerləşən çoxmənzilli binada baş verib.

Mənzilin elektrik enerjisi borca görə kəsildikdən sonra evdən kəskin qoxu gəlməyə başlayıb. Qonşuların şikayətindən sonra mənzilə daxil olan əməkdaşlar soyuducuda 18 yaşlı qızın meyitini aşkarlayıblar. İlkin məlumata görə, qız politexnik kollecinin ikinci kursunda oxuyub və anası daha əvvəl vəfat edib. Onun cəsədinin bütöv şəkildə soyuducuya yerləşdirilərək dondurulduğu müəyyənləşdirilib. Dominos pizza

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin qətllə bağlı 105-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaqın ilkin versiyasına görə, qızı sonuncu görən şəxs onun atası olub. Hazırda şəhəri tərk etdiyi bildirilən kişinin yeri müəyyənləşdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!