“Spartak” - “Leyptsiq“ matçı Bakıda keçiriləcək? - AFFA-dan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Spartak” - “Leyptsiq“ matçı Bakıda keçiriləcək? - AFFA-dan açıqlama

İdman

28 Fevral 2022 10:40 550


Xəbər verdiyimiz kimi, Rusiyanın “Spartak” klubu Avropa Liqasının 1/8 final mərhələsinin "Leyptsiq"lə (Almaniya) cavab matçını Bakıda keçirə bilər.

Moskva təmsilçisinin mətbuat xidməti oyun üçün prioritet məkan Bakı olduğunu açıqlayıb. Bunun üçün isə klub AFFA-ya müraciət edib, razılığa gəlməlidir. 

Yenisabah.az xəbər verir ki, AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla bu məsələ ilə bağlı Qol.az-a açıqlama verib. O, “Spartak”dan AFFA-ya oyunla bağlı müraciət daxil olmadığını bildirib. Pepperoni pizza

Xatırladaq ki, hazırda Rusiya ilə Ukrayna arasında müharibə gedir. UEFA isə bu ölkələrin bütün yaş qrupları üzrə milli komandalarının və klublarının UEFA bayrağı altındakı ev oyunlarını neytral meydanda keçirməsi haqda qərar verib.

"Spartak"la "Leyptsiq" arasında ilk matç martın 10-da Almaniyada olacaq. Cavab qarşılaşması isə martın 17-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!