Spirtsiz pivə müsəlmanları qəzəbləndirdi – “Heineken” halal olmadığını açıqladı

Spirtsiz pivə müsəlmanları qəzəbləndirdi – “Heineken” halal olmadığını açıqladı
İyul 15, 2019
Oxunma sayı: 108

Məşhur “Heineken” şirkəti yeni istehsal etdiyi spirtsiz pivəni əhalisinin böyük hissəsini müsəlmanların təşkil etdiyi Malaziyada satışa çıxarıb.

 “Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, “Heineken 0.0” adlandırılan pivə əhali arasında çaşqınlıq yaradıb.

Ölkədə məhsulların İslam qaydalarına uyğun hazırlanmağına nəzarət edən qurum (JAKIM) müsəlmanların bu içkini içməyini doğru hesab etməyib.

Yaranan qalmaqal səbəbilə şirkət istehsal etdiyi içkinin “halal” olmadığını açıqlamaq məcburiyyətində qalıb:

“Bu içki 21 yaşdan yuxarı, müsəlman olmayan insanlar üçün istehsal edilib. Bu  içkini yalnız marketlərin “halal olmayan” bölmələrində tapa bilərsiz. Biz açıq-aydın halal olmadığını bəyan edirik”.

Qeyd edək ki, bəhs edilən pivənin tərkibində 0.03% spirt var.

Sabrina