“SSRİ-ni bərpa etmək istəyənlərin beyni yoxdur“ - Peskov

saytların hazırlanması

Evə çatdırılma

“SSRİ-ni bərpa etmək istəyənlərin beyni yoxdur“ - Peskov

Dünya

30 Dekabr 2022 18:11 976


Sovet İttifaqı Rusiya tarixinin ayrılmaz hissəsidir, onun dağılmasına peşman olmayanların ürəyi, onu bərpa etmək istəyənlərin isə beyni yoxdur. 

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinə istinadən bildirib.

"Bu, təxminən iki-üç saatlıq mühazirə mövzusudur. Nə qədər mühazirəçi olacaqsa, o qədər fərqli baxışlar olacaq. Mən belə mühazirəçilərdən biri olmaq istəməzdim. Mən, tək şey deyə bilərəm ki, Sovet İttifaqı tariximizin ayrılmaz hissəsidir”, - Peskov jurnalistlərin SSRİ-nin dağılmasından hansı əsas dərsləri çıxarmaq olar sualına cavabında deyib. pizza mizza

Daha sonra Rusiya Prezidentinin mətbuat katibi Putindən sitat gətirib. “Sizə Putinin sözlərini xatırlatmaq istəyirəm ki, Sovet İttifaqının dağılmasına görə peşman olmayanların ürəyi onu bərpa etmək istəyənlərin isə beyni yoxdur”, - deyə Kremlin sözçüsü yekunlaşdırıb.

Qeyd edək ki, dekabrın 30-da SSRİ-nin yaranmasının 100 illiyi tamam olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!