STAR zavodundan ilk satış həyata keçirilib

saytların hazırlanması

Evə çatdırılma

STAR zavodundan ilk satış həyata keçirilib

İqtisadiyyat

31 Yanvar 2019 18:17 1065


Ötən ilin oktyabr ayında açılışı həyata keçirilən SOCAR-ın İzmirdəki STAR neft emalı zavodu artıq ilk məhsulunun satışını həyata keçirib.

Bu barədə “STAR Rafineri”nin baş direktoru Məsut İlter bildirib.

Onun sözlərinə görə, ilk satış əsas payı SOCAR-a məxsus olan “Petkim” neft-kimya kompleksi üçün nafta olub. Marqarita pizza

M.İlter yaxın 10 gün ərzində zavodun tam gücündə çalışacağını da qeyd edib.

Xatırladaq ki, ötən il oktyabrın 19-da STAR-ın açılış mərasimi keçirilib. zavodun təməli 2011-ci il oktyabrın 25-də qoyulub. Zavodu “Técnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!