Su hövzələrindən 535 ədəd sintetik tor yığışdırıldı 

saytların hazırlanması

Evə çatdırılma

Su hövzələrindən 535 ədəd sintetik tor yığışdırıldı 

Sosial

13 İyun 2023 11:21 516


“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində bu günədək ölkənin su hövzələrindən 26 960 metr uzunluğunda 535 ədəd sintetik tor yığışdırılıb. 

Yenisabah.az-ın xəbərinə görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, su hövzələrinin təmizliyi və balıq populyasiyasına təsirlərin aradan qaldırılmasına yönələn aksiyalar davam etdirilir: 

"Xidmətin əməkdaşları tərəfindən Xəzər dənizinin Bakı, Sumqayıt, Lənkəran şəhərləri, Astara, Siyəzən, Şabran, Xaçmaz, Neftçala rayonları akvatoriyasında, Mingəçevir, Yenikənd, Ağstafaçay, Şəmkir su anbarlarında, Kür, Araz çaylarında, həmçinin digər daxili su hövzələrində reydlər keçirilir, ərazilər nəzarətdə saxlanılır. Keçirilən reydlər və nəzarət tədbirləri ilə yanaşı 27 mart 2023-cü il tarixindən start verilən “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində vətəndaşların fəallığı da xüsusi qeyd olunmalıdır”.  pizza mizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!