Sualları cavabsız qalan müəllimlər hara müraciət etməlidir?

saytların hazırlanması

Evə çatdırılma

Sualları cavabsız qalan müəllimlər hara müraciət etməlidir?

Sosial

23 Dekabr 2023 21:12 642


Müəllimlərin işə qəbulu məsələləri ilə bağlı redaksiyamıza vaxtaşırı suallar daxil olur. Bunlar adətən işə qəbul balı, müddəti və vakant yerlərlə bağlı olur. Maraqlıdır, həmin sualları regional təhsil idarələri niyə cavablandırmır?

Bununla bağlı təhsil eksperti Elçin Əfəndi “Yeni Sabah”a açıqlama verib. O, namizədlər üçün əsas sualları cavablandırıb:

“Müəllimlərin işə qəbul imtahanında iştirak edən namizədlərin imtahan nəticələri müvafiq olaraq bir il qüvvəsində qalır. Vakant yerlərinin seçimində isə istər paytaxtda, istərsə də, rayon qeydiyyatında olan şəxslər müəyyən yerləri seçə bilərlər. Yalnız yerdəyişmə zamanı bu imkan bir o qədər tanınmır. Lakin namizəd imtahanda yüksək nəticə göstəribsə, təbii ki, o vakant yerlərin seçimində iştirak hüququ qazanır”. Pepperoni pizza

Ekspert sualları cavabsız qalan namizədlərə belə tövsiyə verib:

“Əlbəttə, regional təhsil idarələrinin vətəndaşın ünvanladığı sorğuya doğru-düzgün cavabları yoxdursa, o zaman vətəndaş Elm və Təhsil Nazirliyi və ya 146 qaynar xətt ilə əlaqə saxlayıb, bu barədə məlumat verməlidir”.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!