3 gündür ki, Sudanda ordu ilə çevik reaksiya qüvvələri arasında şiddətli döyüşlər gedir.
Yenisabah.az “Associated Press”ə istinadla xəbər verir ki, toqquşmalar nəticəsində ölən mülki vətəndaşların sayı 97-yə çatıb, yüzlərlə insan yaralanıb.
Hərbi itkilərlə bağlı hələlik rəsmi məlumat yoxdur. pizza mizza
Paytaxt Xartumun bəzi hissələri və qonşu Omdurman şəhəri hava hücumlarına və top atəşinə məruz qalıb.
Evlərində gizlənən sakinlər elektrik enerjisinin kəsilməsi və quldurluq halları barədə məlumat veriblər.
Artıq bir müddətdir ki, Sudan Silahlı Qüvvələrin komandanı, general Əbdülfəttah Burhan və Hərbiləşdirilmiş Çevik Reaksiya qruplarının rəhbəri, general Məhəmməd Həmdan Daqalonun rəhbərlik etdiyi qruplar arasında döyüşlər gedir. İki general 2021-ci ildə hərbi çevrilişi birlikdə təşkil edən keçmiş müttəfiqlərdir.
Telegram kanalımız