Sudanda prezident devrildi

saytların hazırlanması

Evə çatdırılma

Sudanda prezident devrildi

Dünya

11 Aprel 2019 15:18 861


Sudan prezidenti Ömər əl-Bəşir hərbi çevriliş nəticəsində devrilib.

 "Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, Sudanda ordu dövlət televiziyasının binasını mühasirəyə alıb, bir qrup hərbçi binaya daxil olub, prezidentin mühafiziçisi həbs olunub, əl-Bəşir isə ev dustağı edilib. Minlərlə insan küçələrə çıxaraq əl-Bəşir hakimiyyətinə son qoyulmasını bayram edir.

Qeyd edək ki, 2018-ci ilin dekabrından Sudanda Prezident Ömər Həsən Əhməd əl-Bəşirin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. O, 1944-cü ildə anadan olub. 1993-cü il oktyabrın 16-dan Sudana rəhbərlik edir. Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!