“Sülh müqaviləsindən sonra Bakıda yaşamaq üçün müraciət edəcəyəm”   - Erməni deputat

saytların hazırlanması

Evə çatdırılma

“Sülh müqaviləsindən sonra Bakıda yaşamaq üçün müraciət edəcəyəm” - Erməni deputat

Maraqlı

29 Noyabr 2023 09:47 4170


Ermənistandakı hakim “Vətəndaş müqaviləsi” Partiyasının deputatı Vilen Qabrielyanın ötəngünkü çıxışı sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olub. 

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, 1983-cü ildə Bakıda anadan olan deputat dünən Ermənistan Milli Məclisində “Bakıda erməni tarixi-mədəni izləri” adlı sərginin keçirilməsi təşəbbüsü ilə çıxış edib. 

O. vurğulayıb ki, təhlükəsizlik şərtləri Azərbaycan hakimiyyəti tərəfindən təmin edilərsə, sülh müqaviləsinin imzalanandan sonra Bakıda yaşamaq üçün müraciət edə bilər:  Sezar pizza

“Azərbaycan dəqiq təminat verməlidir ki, 100 min erməni doğulduğu yerə, Azərbaycan Respublikasına gedib yaşasın. Ermənistan da, şübhəsiz ki, istənilən başqa ölkənin vətəndaşlarının təhlükəsizliyinə təminat verməlidir". 

Jurnalistin bu məsələ ilə bağlı həlak olanların yaxınlarının fikrinin nəzərə alınması haqqında olan suala isə V. Qabrielyan belə cavab verib: 

“Dünya yeni yaranmayıb, çoxlu dövlətlər var ki, bir-biri ilə müharibə edib, sonra sülh şəraitində yaşayıb, sonra yenidən müharibəyə başlayıb və s. Əlbəttə ki, müharibə faciəvi bir vəziyyətdir, lakin buna baxmayaraq, bütün bunlardan sonra belə icmalar bir-biri ilə barışmağa çalışmalıdırlar”.

Hakim partiyadan olan deputat hesab edir ki, qaçqınların geri qayıtması məsələsi hər iki tərəfdən müzakirə olunmalıdır. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Azər
    Deyirəm nə həyasız millətdir vallah abır yox həya yox
    2 years ago
  • Hafiz
    Tez - tez denən , yadlndan çlxmasln. Şərəfsiz millət.
    2 years ago
  • Rəfael
    Səni səbirsizliklə "gözləyən" var. Rədd olun, birdəfəlik!
    2 years ago