Sülh üçün tarixi imkan var - Erməni vitse-spiker

saytların hazırlanması

Evə çatdırılma

Sülh üçün tarixi imkan var - Erməni vitse-spiker

Dünya

12 İyul 2024 14:57 1115


Daim demişik ki, sülh müqaviləsi bağlamaq üçün tarixi imkan var.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan deyib.

O qeyd edib ki, erməni tərəfi dəfələrlə sülhün bərqərar olması üçün kifayət qədər iradəsinin olduğunu bəyan edib: "Buna həm xalq, həm də hökumət hazırdır".

Arşakyanın sözlərinə görə, demarkasiya və delimitasiya prosesinin cəmi 3%-i icra olunub.

Ermənistan-Rusiya münasibətlərinə gəlincə, Arşakyan vurğulayıb: “Dəfələrlə bildirmişik ki, cavab gözlədiyimiz suallar var, münasibətlərlə bağlı problemlər var. Hesab edirəm ki, bunlar açıq şəkildə müzakirə olunan məsələlərdir. Bunlar həm KTMT-nin fəaliyyəti, beynəlxalq müqavilələrin icrası, Ermənistanın təhlükəsizlik mühiti, həm də 9 noyabr sənədinin bəndlərinin icrası və icra olunmaması ilə bağlıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!