Sülhməramlılar erməni hərbçilərini Qarabağa buraxmadı   - HƏBS OLUNDULAR

saytların hazırlanması

Evə çatdırılma

Sülhməramlılar erməni hərbçilərini Qarabağa buraxmadı - HƏBS OLUNDULAR

Rəsmi

03 Oktyabr 2021 19:48 8444


Dünən Ermənistanın fərqli hərbi hissələrindən olan çağırışçılar, məzuniyyət müddəti bitdikdən sonra xidməti yerlərinə qayıtmaq istəmədiklərini, müəyyən hərbi xidmət vəzifələrini yerinə yetirməkdən imtina etdiklərini bildirib. Onların Qarabağda qanunsuz xidmət edən əsgərləri isə sülhməramlılar tərəfindən əraziyə buraxılmayıb. 

Yenisabah.az xəbər verir ki,bu barədə Ermənistanın İstintaq Komitəsi bəyanat yayıb. 

Hadisə ilə bağlı cinayət işi açılıb, hərbçilərin həbs edildiyi bildirilib. 

Qeyd edək ki, erməni mətbuatı əsgərlərin xidməti yerlərinə qayıtmaq istəmədiyini müharibədən sonrakı vəziyyətlə əlaqələndirib. 

Onu da deyək ki, Qarabağda qanunsuz xidmət edən erməni əsgərləri məzuniyyət vaxtı Ermənistan ərazilərinə gedib. Məzuniyyət müddəti bitdikdən sonra isə onlar Qarabağa yenidən qayıtmaq istəyəndə əraziyə buraxılmayıb.

Erməni hərbçilərindən birinin atası deyib ki, onun oğlu məzuniyyətdən qayıdanda Qarabağa buraxılmadığı üçün qanunsuz məskunlaşdıqları hərbi hissəyə qayıda bilməyib. Buna görə də o, xidmətdən yayınmaq iddiası ilə həbs edilib. 

Bildirilib ki, əsgərlər hərbi biletini rus sərhədçilərinə göstərdikdən sonra, onların mülki yox, əsgər olduğu aydın olub. Buna görə də hərbçilər Qarabağa girə bilməyib. 

Bu da erməni KİV-də "tezliklə Qarabağda bir dənə də olsun erməni əsgəri qalmayacaq, düşmənin tələbi ilə erməni qoşunları yavaş-yavaş "Artsax"dan geri çəkilir" sözləri ilə etiraza səbəb olub./Unikal.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    BAŞA DÜŞÜLƏN MƏSƏLƏDİR DƏ. NƏYƏ GÖRƏ ERMƏNİSTAN VƏTƏNDAŞI AZƏRBAYCAN ƏRAZİSİNDƏ XİDMƏT ETMƏLİDİR?
    5 years ago