Sumqayıtda polisə zor tətbiq edən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda polisə zor tətbiq edən şəxs tutuldu

Kriminal

06 Fevral 2021 15:15 626


Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Sumqayıt şəhəri ərazisində xidmətdə olan polis əməkdaşına zor tətbiq etməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub.

Sumqayıt Şəhər Prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, 04 fevral 2021-ci il tarixdə saat 20 radələrində, paytaxtın Qaradağ rayonu, Müşviqabad qəsəbəsi sakini, əvvəllər Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum olunmuş 1977-ci il təvəllüdlü Ceyhun Quluyevin sərxoş vəziyyətdə idarə etdiyi “Daewo” markalı 10-TG-816 dövlət qeydiyyat nişanlı avtobusla işıqforun qırmızı işığında hərəkətini davam etdirdiyi üçün həmin ərazidə xidmət aparan yol polisi əməkdaşlarının saxla işarəsinə tabe olmamasına, xüsusi vasitələr tətbiq edilməklə avtobus dayandırıldıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün ona yaxınlaşan Sumqayıt şəhər Polis İdarəsinin xidmətdə olan əməkdaşı Elnur Rəhimova zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb. Dominos pizza

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Ceyhun Quluyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!