Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan, Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli Şəhər Xəstəxanasının binası qəzalı vəziyyətə görə mərhələli şəkildə boşaldılır.
"Yeni Sabah" Bakupost.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) müvafiq tədbirlərin görülməsinə başlanılıb.
Məlumata görə, ərazidə yeni xəstəxananın tikintisi planlaşdırıldığından sabahdan etibarən köçürülmə prosesi icra ediləcək.
Qeyd olunur ki, xəstəxananın poliklinika və laboratoriya şöbələri əvvəlki kimi ərazidəki yardımçı tikilidə fəaliyyətini davam etdirəcək. Digər şöbələr isə aşağıdakı qaydada müxtəlif tibb müəssisələrinə köçürülür:
Şüa diaqnostikası, ginekologiya və doğum şöbəsi 1 nömrəli Şəhər Xəstəxanasına köçürülür. Terapiya şöbəsi 4 nömrəli Şəhər Xəstəxanasında fəaliyyət göstərəcək. Anesteziologiya, reanimasiya və intensiv terapiya, eləcə də cərrahiyyə şöbəsi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində fəaliyyətini davam etdirəcək.
Telegram kanalımız