“Sumqayıt”dan növbəti qələbə, “Keşlə” “Qəbələ” ilə bacarmadı
19 Sen 2020 21:57
505

“Sumqayıt”dan növbəti qələbə, “Keşlə” “Qəbələ” ilə bacarmadı

Azərbaycan Premyer Liqasında III tura start götürüb.

Yenisabah.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Keşlə” - “Qəbələ” oyununda hesab açılmayıb.

“Səbail” isə Sumqayıtda eyniadlı komandanın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq. “Zirə” “Sabah”ı, “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası

III tur

19 sentyabr (şənbə)

“Qəbələ” – “Keşlə” - 0:0

Qırmızı vərəqə: Nikolas Raysel, 67

“Sumqayıt” – “Səbail” - 2:1

Qollar: Süleyman Əhmədov, 9, Əli Qurbani, 32 - Rauf Əliyev, 21

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər