Süni intellektin təhlükəsizliyi üçün beynəlxalq standartlar niyə vacibdir?

saytların hazırlanması

Evə çatdırılma

Süni intellektin təhlükəsizliyi üçün beynəlxalq standartlar niyə vacibdir?

İqtisadiyyat

16 Oktyabr 2026 12:42 75


Süni intellekt texnologiyalarının sürətli inkişafı ilə yanaşı, bu sistemlərin təhlükəsizliyi, qərarvermə proseslərinin şəffaflığı və potensial risklərin idarə olunması kimi vacib suallar ön plana çıxır.

Bu sözləri Ümumdünya Standartlar Günü münasibətilə təşkil edilən tədbirdə çıxışı zamanı rəqəmsallaşma, layihə idarəolunması və beynəlxalq standartlaşdırma üzrə mütəxəssis Firuzə Bəhri bildirib.

Onun sözlərinə görə, bu kimi məsələlərin həllində standartlaşdırma müstəsna rol oynayır: Toyuqlu pizza

“Standartlaşdırmanın əsas məqsədi süni intellekt sistemlərinin daha etibarlı, təhlükəsiz və beynəlxalq tələblərə uyğun şəkildə inkişaf etdirilməsini təmin etməkdir. Təqdimat zamanı süni intellekt sistemlərinin əsas anlayışlarına, beynəlxalq standartlara, Azərbaycanda bu istiqamətdə görülən işlərə və gələcək perspektivlərə nəzər salınıb. Süni intellektin iş prinsipi haqqında məlumat verilərək diqqətə çatdırılıb ki, bu sistemlər məlumatları qəbul edir, müəyyən modellər və alqoritmlər vasitəsilə emal edir və nəticədə müəyyən qərar, tövsiyə və ya proqnoz formalaşdırır. Ənənəvi proqram təminatından fərqli olaraq, süni intellekt sistemləri böyük həcmli məlumatlardan öyrənmək və zamanla öz nəticələrini təkmilləşdirmək imkanına malikdir”.

F.Bəhri həmçinin vurğulayıb ki, süni intellekt yalnız texniki komponentlərdən ibarət deyil:

“Bu sistemlərin düzgün və təhlükəsiz işləməsi üçün məlumatların keyfiyyəti, modelin etibarlılığı, insan nəzarəti və məqsədəuyğun istifadə prinsipləri də mütləq nəzərə alınmalıdır”.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!