Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Suqovuşan və Talışa kimlər köçürüləcək? – Siyahılar tərtib olunur
19 Okt 2021 17:31
4285

Suqovuşan və Talışa kimlər köçürüləcək? – Siyahılar tərtib olunur

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Talış kəndinin və Suqovuşan qəsəbəsinin yenidən qurulması ilə bağlı layihələr üzərində iş getdiyini deyib.

O xatırladıb ki, oktyabrın 3-də Prezident İlham Əliyev Tərtər rayonuna, Talış və Suqovuşan qəsəbələrinə səfər edib. Dövlət başçısı səfər zamanı Talış və Suqovuşan qəsəbələrində Azərbaycan Bayrağını qaldırıb. Yaxın müddətdə Talış və Suqovuşana 500-ə yaxın azərbaycanlı ailəsinin köçürülməsi planlaşdırılır. Maraqlıdır, həmin kəndlərə kimlər köçürülməlidir?

Deyirlər ki, həmin kəndlərə ilk olaraq əslən qərbi azərbaycanlı soydaşlarımız köçürüləcək. Bu nə dərəcədə doğrudur?

Deputat Elman Məmmədov Yenisabah.az-a açıqlamasında deyib ki, kimlərin köçürülcəyi ilə bağlı məsələ dövlət tərəfindən müəyyən olunacaq:

“Bu prosesdə Qaçqınkom iştirak edir. Təbii ki, Qaçqınkoma da tabe olduğu Nazirlər Kabineti nəzarət edəcək. Həmin ərazilər üzrə nümayəndəliklər var. O kəndlər Tərtər rayonu ərazisində yerləşdiyi üçün Tərtər Rayon İcra Hakimiyyəti də bu siyahıların tərtib olunmasında iştirak edəcək. O kəndlərdə erməni işğalından öncə yaşamış insanlar var. İlk növbədə təbii ki, onlar nəzərə alınır və onlara müraciət olunur. Onlar ərizələrlə müraciət ediblər.

Tərtər, Bərdə rayonu ərazisində çoxsaylı məcburi köçkünlər var. Keçmiş Ağdərə rayonundan olan məcburi köçkünlər yaşayır. Təbii ki, bunlar nəzərə alınmaqla siyahılar tərtib olunacaq”.

Deputatın sözlərinə görə, işğaldan azad olunmuş ərazilərimizdə yaşamaq niyyətində, arzusunda olan insanlarımız həddindən artıq çoxdur:

“Mənim özümə də bu istiqamətdə müraciətlər olub. 1988-ci ildən başlayaraq Ermənistandan, öz doğma ev-eşiklərindən qaçqın salınmış insanlar həddindən artıq çoxdur. Onlar – hətta kənd-kənd olaraq müraciət ediblər ki, Hadrut qəsəbəsi və o istiqamətindəki işğaldan azad olunmuş kəndlərimizdə yerləşdirilsinlər. İşğaldan azad olunmuş ərazilərimizdə yaşamaq niyyətində, arzusunda olan insanlarımız həddindən artıq çoxdur”.

E.Məmmədov qeyd edib ki, qayıdış dövlət nəzarətində olan bir məsələ olduğu üçün özbaşınalığa yol verilməyəcək:

“Bu qayıdış dövlət səviyyəsində olan bir məsələ olduğu üçün özbaşınığa yol verilməyəcək. Hər şey müvafiq qurumların rəhbərliyi altında həyata keçiriləcək.

Orada elan olundu ki, 500-ə qədər ailəni hazırda o kəndlərdə yerləşdirmək mümkündür. Yaşamaları üçün şərait, evlər var. Əhalinin məşğulluğunu təmin etmək də nəzərdə tutulub. Artıq orada təhlükəsizlik məsələləri də həll olunub. Yəni minalardan təmizləmə məsələləri tamamilə həyata keçirilib”.

Nəzrin Vahid  

  • RAHİM
    RAHİM
    Yaxşı olar ki deputat özünə aid məsələlərdən danışsın. Seçki qabağı XALQA verdiyi vədlərin hesabatını VERSİN.
    1 month ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər