Suqovuşanda həyəcanlı gün - İlk qaliblər bəlli olacaq

saytların hazırlanması

Evə çatdırılma

Suqovuşanda həyəcanlı gün - İlk qaliblər bəlli olacaq

İdman

29 Aprel 2026 09:58 81


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən “Prezident Kuboku 2026” beynəlxalq reqatasında bu gün ilk mükafatçıların adları məlum olacaq.

“Yeni Sabah” xəbər verir ki, akademik avarçəkmə, kayak və kanoe üzrə keçirilən yarışın növbəti mərhələsinə Suqovuşanda saat 12:00-da start veriləcək.

Günün sonunda qalib və mükafatçılar təltif olunacaqlar.

Qeyd edək ki, yarışda Azərbaycan idmançıları ilə yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan 100-dən artıq idmançı qüvvəsini sınayır.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkil etdiyi reqataya aprelin 27-də Ağdərənin Sərsəng su anbarında start verilib. Reqata mayın 1-də başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!