Suraxanıda ağacəkmə aksiyası - Fotolar 

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda ağacəkmə aksiyası - Fotolar 

Sosial

28 Mart 2024 17:01 672


Suraxanıda “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib. 

Yenisabah.az xəbər verir ki, ağacəkmə aksiya Əmircan qəsəbəsindən Yeni Suraxanı qəsəbəsinə gedən yolun kənarında “Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin kontrakt sahəsinə aid 0,22 ha ərazidə aparılıb.

2100 ədəd Eldar şamı və müxtəlif növ ağacların əkildiyi aksiyada Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Vitse-Prezidentləri Elvin Ağayev və Rafael Nağıyev, əməkdaşlar, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər. Dördpendirli pizza

Bildirilib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və öz bəhrəsini verməkdədir. Artıq ənənəvi hal alan belə aksiyalar ölkəmizdə geniş vüsət alan yaşıllaşdırma kampaniyasına verilən dəstəkdir.

Ağacəkmə aksiyalarının keçirilməsi eyni zamanda yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etmək üçün zəmin yaradır.

Qeyd edək ki, mövsümün sonunadək Suraxanı rayonunda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!