Suraxanıda şəhid doğum günündə anıldı   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda şəhid doğum günündə anıldı - FOTOLAR

Sosial

18 May 2022 16:11 1442


Bu gün şəhidimiz Hüseynzadə Fərid Eldəniz oğlu doğum günündə anıldı. 

Yenisabah.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, RİHBA-nın şöbə müdirləri Şəhidimiz Hüseynzadə Fərid Eldəniz oğlunun doğum günü münasibətilə Bülbülə qəsəbəsində məzarını ziyarət edərək gül dəstələri düzmüş, ruhuna dualar oxunmuşdur. Həmçinin, Şəhidin ailəsinə baş çəkmişlər. 

Ali Baş Komandan cənab İlham Əliyevin dönməz iradəsi, düşünülmüş rəhbərliyi, ordumuzun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan Şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Fərid Hüseynzadənin ailəsinə bir daha dərin hüznlə başsağlığı vermiş, onlara səbr, dözüm arzu etmişdir. O, bildirmişdir ki, bu gün Şəhidlərimizin ruhu şaddır. Məhz belə vətənpərvər gənclərimizin canı-qanı bahasına bu gün Qarabağımız azaddır.  pizza sifarişi


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!